Futzal üzrə Avropa çempionatının finalçıları müəyyənləşib. Fanat.Az xəbər verir ki, ilk finalçı Portuqaliya olub.
Sloveniyanın paytaxtı Lüblyana şəhərində keçirilən yarışın yarımfinalında portuqaliyalılar Rusiyanı 3:2 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
İkinci yarımfinalda isə İspaniya Qazaxıstanı məğlub edib. Matçın əsas və əlavə olunmuş hissəsi 5:5 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada avropalılar daha dəqiq oynayıblar və finala vəsiqəni təmin ediblər.
Beləliklə, turnirin finalında Portuqaliya və İspaniya, üçüncü yer uğrunda matçda Rusiya və Qazaxıstan qarşılaşacaq. Hər iki matç fevralın 10-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Portuqaliyaya 1:8 hecabı ilə yenilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol