Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu yığma Sloveniya ilə qarşılaşıb.
Lyublyananın "Stojitse” şəhərindəki matç komandamızın 2020-ci ildə keçirdiyi ilk yoldaşlıq oyunu olub. Qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.
Bu, yığmamızın ardıcıl ikinci eyni hesablı oyunu olub. Komandamız Millətlər Liqasının IV turunda Kiprlə qolsuz sülhə imza atıb. III turda Monteneqroya da qol vura bilməyən yığma artıq 3 görüşdür rəqib qapısına yol tapa bilmir. 2020-ci ildə qol buraxmayan Sloveniya isə quru seriyasını 6 oyuna çatdırıb.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, noyabrın 17-də Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.
Yoldaşlıq oyunu
Sloveniya – Azərbaycan 0:0
Sloveniya: 12. Vid Beleç, 2. Neyç Skubic, 7. Yosip İliçiç (k), 8. Sandi Lovriç, 10. Miha Zays, 11. Tim Matavz, 14. Yasmin Kurtiç, 17. Miha Mevlja, 19. Mario Yurçeviç, 20. Adam Qnezda Çerin, 23. Kenan Bayriç
Ehtiyat oyunçular: 1. Yan Oblak, 16. Matyaj Rojman, 3. Yure Balkoveç, 4. Miha Blajiç, 5. Nino Kouter, 6. Yaka Biyol, 9. Andraj Şporar, 13. Domen Çrniqoy, 15. Damian Bohar, 18. David Tiyaniç, 21. Bencamin Verbiç, 22. Amadey Vetrih
Azərbaycan: 1. Emil Balayev , 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 11. Mahir Emreli, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 2. Mert Çelik, 4. Rahil Məmmədov, 8. Coşqun Diniyev, 9. Musa Qurbanlı, 10. Rəhim Sadıxov, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 22. Xəyal Nəcəfov
Baş hakim: Ferents Karako (Macarıstan)
Lyublyana. "Stojitse” stadionu

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol