Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gəlib.
Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşmada yığmamız 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaş;b. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.
Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.
Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.
Yoldaşlıq oyunu
27 mart
Qətər - Azərbaycan 2:1
Qollar: H.Əl-Haydos, 55-pen; 58 - Ramil Şeydayev, 16-pen.
Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos (k), 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo.
Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 8. Tamim Əl-Muhaza, 9. Fodahyil, 10. Musab Xeder, 11. Məhəmməd Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hacri, 17. İsmayıl Məhəmməd.
Baş məşqçi: Feliks Sançes.
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seeydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namik Ələskərov.
Baş məşqçi: Canni de Byazi.
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya).
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol