
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Bosniya və Herseqovinanın uyğun yaş qrupundan ibarət millisi ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.
Avqustun 19-da bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.