17:31 10.09.2021 725

Məşqçilər Komitəsinin üzvü: \"Əcnəbi gəlirsə, nəticə verməlidir\"

Son üç oyunda uğursuzluqlara görə De Byazili əsas millimiz haqlı tənqidlərə tuş gəldi. Ancaq əsas yığmadan daha rüsvayçı məğlubiyyətə U-21 düçar oldu. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrda iki oyun keçirən serbiyalı Milan Obradoviçin komandası əvvəlcə Xorvatiyaya 0:2, ardınca Avstriyaya səfərdə 0:6 kimi rüsvayçı hesabla məğlub oldu. Təbii, bu nəticədən sonra da Obradoviçin artıq yığmadan göndərilmək məsələsi gündəmə gəldi. 

Azərbaycanın tanınmış məşqçilərindən olan Şakir Qəribov da komandanın nəticələri, hazırkı vəziyyətdən çıxış yolları haqda düşüncələrini bölüşüb. Hələ sentyabrın əvvəllərində sözügedən yığma ilə səfərə yollanan AFFA-nın Məşqçilər Komitəsinin üzvünün Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- U-21-lə səfərə yollanmışdınız. Komandanın belə uğursuz çıxışları haqda nə düşünürsünüz?
- U-21-lə Ukraynaya da getmişdim. Valeri Lobanovskinin xatirəsinə turnir təşkil olunurdu. Orada uşaqlar yaxşı oynadı. Ukraynanı məğlub edik. Özbəkistana uduzduq. Oyunlar ümid verirdi ki, Avropa Çempionatının seçmə mərhələsinə yaxşı hazırlaşırlar. Xorvatiya və Avstriya ilə oyunlarda sanki uşaqlarda qələbə əzmi, istək az idi. Digər tərəfdən bu rəqiblər də güclü idi. Həm Xoravtiya, həm Avstriya oyuna həddindən artıq köklənmişdilər. Bəlkə də Ukraynadakı oyunlarımıza baxmışdılar. Hər iki oyunun əvvəlində rəqiblər pressinq etdiyi üçün uşaqlar özlərini itirdilər. Nəticədə qapımızdan qollar buraxdıq. Demək olar, birinci hissədə matçın taleyini həll etdilər. Ukraynadan sonra nə Xorvatiyada, nə də Avstriyada futbol oynadıq. Sadəcə, rəqib futbolçuların arxasına düşdük. 

- Avstriyadakı rüsvayçı nəticənin səbəbi nə idi?
- Uşaq səhvləri etdilər. Birinci hissə 0:3 hesabı ilə bitdi. 80-ci dəqiqəyə qədər hesab belə idi. İkinci hissədə uşaqlar qol vurmağa çalışdılar. 80-ci dəqiqədə 4-cü, oyunun sonlarında isə beş və altıncı qolları buraxdılar. Hesab erkən açıldığı üçün uşaqlar özlərini itirdilər. Qolları tez buraxmağımız qırılma nöqtəsi oldu. Bu, uşaqlarda hücuma atılmağa, yaxın oynamağa inamsızlıq yaratdı. Söhbət ondan gedir ki, Avstriya oyuna həddindən artıq köklənmişdi. Yaxud, bizim oyunu tam təhlil etmişdilər və sanki sonuncu oyunlarına çıxmışdılar. Uşaqların özlərini itirməsi, qol vəziyyətlərindən yararlanmağımıza mane oldu. Rüfət Əhmədzadənin iki dəfə qol vurmaq şansı vardı, vursa, hesabı bərabərləşdirə bilərdi.

- U-21-in sabiq çalışdırıcısı kimi komandada hansı problemlərin olduğunu düşünürsünüz?
- Heyətə baxanda, yaxşı uşaqlar seçildiyini görə bilərik. Onlar daha aşağı yaş qruplarında, U-17-də, U-19-da da oynayıblar. Respublika üzrə ən yaxşı uşaqlar seçilib. İnanmıram ki, kənarda kimsə qalsın. Öz təcrübəmə əsasən deyə bilərəm ki, çatmayan cəhət oyun azlığıdır. Daxili çempionatda həmin uşaqlar öz klublarının heyətində az şans qazanırlar. 

- Yəni, günah klubların məşqçilərindədir?
- Neçə illərdi limit tətbiq etmişik ki, əsas heyətdə minimum iki 21 yaşlı futbolçu olmalıdır və onlardan biri mütləq şəkildə start heyətdə meydana çıxmalıdır. Ancaq daimi oynamırlar. Həmin futbolçulardan biri 90 olmasa da, ən azı 75 dəqiqə meydanda oynasın. Əsas səbəb oyun azlığıdır. Bundan əlavə, Azərbaycan çempionatında oynayıb, sonra gedib Avstriyaya qarşı meydana çıxırlar. Hansı ki, həmin ölkənin 19-21 yaşlı futbolçularının əksəriyyəti Avropada çıxış edirlər. Bizim uşaqlar isə ancaq Azərbaycan çempionatında oynayır. Bu da səbəblərdən biridir.

- Komandada artıq məğlub psixologiyası yaranıb. Bunu dəyişmək üçün nə etmək lazımdır?
- Orası düzdür. Ancaq rəqiblərimiz də həqiqətən güclüdür. Finlandiya, Norveç var. O komandalar elə-belə deyil. Belə baxanda reytinqdə bizə yaxın olan Estoniyadır. Qalan komandalar reytinqdə üstündürlər. Yenə də fikrimin üzərində qalıram, uşaqlar çox oynamalıdırlar. U-21-in üzvləri öz klublarında hər dəfə cəmi bir hissə oynayırlarsa, bu, çox azdır. 

- Baş məşqçi Milan Obradoviç Azərbaycanda çalışdığı müddətdə, demək olar, ciddi bir nəticə qazanmadı. Bundan sonra onu millidə saxlamağın hansısa mənası varmı?
- Bu bizim deyil, AFFA rəhbərliyinin işidir...

- Bir mütəxəssis kimi onun işindən razısınız?
- Nəticələrdən razı deyiləm. Bu, ümumiyyətlə heç bir azərbaycanlını qane etmir. Düz deyirsiniz, nəticələr qənaətbəxş deyil.

- Onun yerinə istənilən azərbaycanlı məşqçi gəlsə, eyni, hətta daha yaxşı nəticələr qazana bilməz?
- Heç bir məşqçinin əleyhinə olmamışam. Həmişə demişəm, kim bacarırsa işləsin. Əcnəbi bizim məşqçilərdən üstündürsə, gəlsin çalışsın, özünü göstərsin. Nəticə versin, futbolçularımız xaricdə oynasın, U-21-dən əsas komandaya rahat keçsinlər. Əcnəbi gəlirsə, nəticə verməlidir.

- Obradoviçin nəyi bizim məşqçilərdən üstündür?
- Mən demirəm, üstündür. Bunu heç vaxt deyə bilmərəm. Gənc və təcrübəli məşqçilərimiz də var. Ancaq seçim rəhbərliyindir. Əvvəllər kateqoriya kursları yox idi. İndi şükür Allaha AFFA belə kurslar təşkil edir. "A”, "B” PRO kateqoriyalı məşqçilərimiz çoxdur. Deyə bilmərik ki, yoxdur. Ancaq onlar da gərək işləsinlər. Onlara klublarımızda şərait yaratmalıdırlar ki, təcrübələrini artırsınlar. İşləməsələr, onlara necə təcrübə və ya nəticə verəcəyik. 

- Onlara yığmalarımızda şans vermək olmaz?
- Bacaran məşqçiyə nəyə görə şans verməyək? Klublarımızın hamısında baş məşqçilər yerlidir. Əlbəttə, gələcəkdə onlar yığmada da işləməlidirlər. 

- Məşqçilər Komitəsi olaraq Obradoviçdən hesabat tələb edəcəksiniz?
- Həmişə, hər tsikldən sonra tələblərimiz olub. Məşqçilər bizə hesabat verirlər. Biz də onların fikirlərini yazılı surətdə AFFA rəhbərliyinə göndəririk. Obradoviçi də dəvət etmişik, bu yaxınlarda gəlib hesabat verəcək. Nəinki o, U-17 və U-19-un da baş məşqçiləri yəqin ki, üzümüzə gələn həftə hesabatlarını təqdim edəcək. 

- Ümumiyyətlə, millilərimizdə çalışan məşqçilərin bir-birilə o qədər də əlaqəli işləmədiyi görünür. Bu, həqiqətən belədir?
- Aşağı yaş qrupları üzrə koordinator Miloş Velebitdir. Yəni, həmin komandalara o rəhbərlik edir. Ola bilməz məşqçilər əlaqəli işləməsinlər. Məşqçilər ona hər oyundan, bizə isə yalnız turnirlərdən, seçmə mərhələlərdən sonra hesabat verirlər. Məşqçilərin hamısından hesabat alırıq və rəhbərliyə fikirlərimizi, tövsiyələrimizi bildiririk.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2024
11:03

Azərbaycan millisi Gürcüstanla üz-üzə

10:45

"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

10:24

"Murad Musayev avtoritet məşqçi deyil"

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:43

İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısına uduzdu

09:22

ÇL: İlk yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

09:00

Cəlal oynadı, komandası “Ludoqorets”lə nə etdi?

01:29

"Çelsi" "Everton"a divan tutdu

00:44

"Valensiya"ya 1 qol kifayət etdi

00:30

Sonuncu gündə 2 heç-heçə

00:10

"Qalatasaray" səfərdə darmadağınla qalib gəldi

15 Aprel 2024
22:00

Şeydayevin klubu TFF-nin qərarının ləğv edilməsini istəyir

21:18

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

20:33

"Fərq bundadır" - Pedri PSJ-dən nədə üstün olduqlarını dedi

19:33

"Everton"un xalları yenə silinə bilər

18:48

Huşunu itirən "Roma"lının aqibəti necə oldu? - SON DURUM

17:52

"Sumqayıt" və "Zirə" arasında 4 oyunda 1 qol vurulub

17:30

"Bu, xüsusi axşam ola bilər" - Xavi PSJ ilə cavab matçından nə gözləyir?

17:12

"Sabah" bunu bacaran 3-cü komanda oldu

16:52

"Az qala infarkt keçirmişdim" - Karlo Ançelotti

16:40

Yunanov 200-ə çatdı

16:29

İcraiyyə Komitəsi nəyi gözləyir?

16:11

Emeri "Arsenal" üzərində qələbəni şərh etdi

15:55

"Mançester Siti" 103 illik rekorda yaxınlaşdı - Qvardiola iki gün sonra tarix yaza bilər

15:38

ÇL: 1/4 finalın cavab oyunlarına təyinatlar açıqlandı

15:20

Lebron Ceymsdən tarixi rekord

15:03

"Milan"ın futbolçusu "Atalanta"da oynamaq istəyir - Özü dedi

14:44

Bu mövsüm MY-nin başına belə hadisə 57 dəfə gəlib

14:26

Lyuis Ferqyuson ağır zədə aldı

14:08

Luçesku razılaşdı - Türkiyə nəhəngini çalışdıracaq

13:50

Zinçenkonu yenə "baltaladılar": "O, yeriyən səhvdir"

13:31

"Qol vura bilməməyimiz inanılmazdır" - Klopp məğlubiyyəti şərh etdi 

13:14

"Təzyiq altında oynamaq uşaqlarımın xoşuna gəlir" - Pep Qvardiola

12:55

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan etdi

12:30

Millimizə İspaniyadan 8 futbolçu çağırıldı

12:13

Müller Kinqsli Komanın sıradan çıxmasına belə reaksiya verdi

11:54

"Ana, biz çempionuq!"

11:37

Azərbaycan para-badmintonçuları beynəlxalq turnirdə iştirak edəcəklər

11:20

Millimiz Gürcüstana uduzdu - VİDEO

11:03

"Mançester Siti" De Bröyneyə əvəzləyici tapdı - Fantastik məbləğ ödəyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X