Polşa Ekstraklassasında 9-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" (Varşava) da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi öz meydanında “Rakuv”a 2:3 hesabıyla yenilib.
Start "11-lik"də yer alan Mahir sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 34-cü dəqiqədə məhz Emreli vurub.
9 tura 9 xal yığan “Legiya” turnir cədvəlində 18 komanda arasında 14-cü pillədədir. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
Nihat