21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, AÇ-2023-ün seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq rəqibin baş məşqçisi Yuha Malinen 23 nəfərlik heyət üzvlərinə dəvət göndərib.
Finlandiyanın heyətində “Çelsi”, “Aston Villa” kimi İngiltərə klublarının üzvləri də yer alır: Lukas Berqstryom (Çelsi), Rasmus Leyslahti (İlves), Vilyami Sinisalo (Aston Villa), Terri Ablade (Fulhem), Oliver Antman (Nordsyælland), Piri Hannola (SJK), Yuho Hivarinen (İnter, Finlandiya), Taneli Hamalaynen (KuPS), Daniel Hakans (SJK), Yere Kallinen (Oulu), Ville Koski (Honka), Adam Marhiev (Spartaks), Eetu Mommo (Leççe), Antoni Olusanya (HİK), Matti Peltola (HİK), Matias Rale (Honka), Naatan Skitta (Tuluza), Anssi Suhonen (Hamburq), Julius Tauriainen (Frayburq), Robin Tihi (Eskilstuna), Matias Vaynionpaa (SJK), Santeri Vaananen (HİK), Leo Valta (Nordsyalland).
Qeyd edək ki, Finlandiya oktyabrın 8-də Sumqayıtda millimizlə, 4 gün sonra Tamperedə Avstriya ilə görüşəcək.
Mirağa