19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədi ilə oktyabrda təlim-məşq toplanışı keçirəcək.
Fanat.Az xəbər verir ki, noyabrda Belçika, İspaniya və Lüksemburqla seçmə oyunlarda üz-üzə gələcək millinin məsul yarış ərəfəsində son toplanışı oktyabrın 1-12-i aralığında baş tutacaq.
Baş məşqçi Elxan Abdullayevin yetirmələri hazırlığı Qəbələdə keçirəcək. Təlim-məşq toplanışı çərçivəsində üç yoldaşlıq görüşü nəzərdə tutulub. U-19 oktyabrın 8-i və 11-də Qırğızıstan millisi ilə qarşılaşacaq. Ayın 5-də isə "Zaqatala” ilə yoldaşlıq matçı planlaşdırılıb.
Qeyd edək ki, Elxan Abdullayevin komandası noyabrın 10-da Belçika, 13-də İspaniya, 16-da isə Lüxsemburqla üz-üzə gələcək.
Mirağa