17:09 05.10.2021 569

Millimizin oyunları yoluxmaya görə təxirə salınacaq?

"Belçikaya dünən çatmışıq. Bura gələndən sonra hamımızdan təkrar test götürdülər. Bu gün səhər isə bildik ki, 3 nəfərin analiz nəticəsi müsbət çıxıb".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev komandanın düşərgəsində müdafiəçi Həmzəalı Mikayılov, yarımmüdafiəçilər Adəm Topalov və İbrahim Ağayarovun koronavirusa yoluxmaları barədə danışarkən deyib.

39 yaşlı mütəxəssis bildirib ki, sözügedən futbolçular əsas heyət üzvləridir və onların yoxluğu ciddi itkidir: "Onsuz da buraya cəmi 20 oyunçu ilə gəlmişik. Bu, UEFA-nın qərarıdır. Onların 2-si qapıçı, qalanları sahə oyunçularıdır. Aparıcı futbolçularımızdan 3-nün testi müsbət nəticə verdi. Oktyabrın 12-dək 3 oyunumuz var. Bütün planlarımız alt-üst oldu. Sabah Norveçlə oynayacağıq. Çox çətin vəziyyətdir. Buna baxmayaraq, məşqə çıxdıq".

Nəbiyev infeksiya aşkarlanan futbolçuların hoteldə karantinə alındıqlarını söyləyib: "Təcrid olunublar, otaqdan bayıra buraxılmırlar. Hər üçü xəstəliyi simptomsuz keçirir. Bakıda test verib gəlmişdik. Orada heç bir problem çıxmadı. Onlarla otaq yoldaşı olan futbolçular da var. Hələlik həmin oyunçuların vəziyyəti normaldır. Amma sonrakı günlərdə nə olacağı bilinmir".

Baş məşqçi oyunların təxirə salınmayacağını bildirib: "Bunun üçün yoluxma sayı çox olmalıdır. Uşaqlar 2 ilə yaxındır yerli liqalarda çıxış etmirdilər. Oyun praktikaları yox idi. Koronavirusla bağlı problem isə bizi çox sarsıtdı".

Qrupdakı şanslarını da dəyərləndirən mütəxəssis Norveç, Belçika və Lüksemburqun çətin rəqiblər olduğunu vurğulayıb: "Buraya mübarizə aparmağa gəlmişik. Hədəfimiz var: qrupdan çıxmaq istəyirik. Çətin olacaq, amma bunun öhdəsindən gələcəyimizə inanırıq. Düzdür, test nəticələri heyətdə mənfi atmosfer yaratdı, futbolçularda narahatlıq var. Lakin onlarla danışmışıq. Dedik ki, arxaya yox, irəliyə baxmaq lazımdır".

Qeyd edək ki, U-17 millisi Avropa çempionatının seçmə mərhələsində oktyabrın 6-da Norveç, oktyabrın 9-da Belçika və oktyabrın 12-də Lüksemburqla qarşılaşacaq. Oyunlar Belçikanın Tubize şəhərində keçiriləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

Facebookdan bizi izləməyi unutmayın.
X