12:30 29.03.2022 1451

Sultanov De Byazini qınadı: "Getsin, başqa işlə məşğul olsun"

Maltada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 

Martın 25-də meydan sahibləri ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan milli  Latviya ilə üz-üzə gələcək.

Yığmamızın keçmiş üzvü, tanınmış mütəxəssis Ceyhun Sultanov Fanat.Az-a açıqlamasında Malta ilə oyunu dəyərləndirib, Latviya ilə qarşıdakı görüşdən gözləntilərini dilə gətirib.  

"Malta ilə oyunun çox pis alınmasının başlıca səbəbi heyətlə bağlı qeyri-müəyyənlikdir. Hansı futbolçunun harda oynadığı bilinmirdi. Futbolçu öz mövqeyində deyilsə, o özünü rahat hiss edə bilməz. Belədə, onlar üçün oynamaq asan olmur. Görünən odur ki, Canni De Byazinin tətbiq etdiyi sistemi komandada onun özündən başqa heç kim başa düşməyib. Bu qədər təcrübəm var, futbolçu olmuşam, klub idarəçisi işləmişəm. İlk dəfə görürdüm ki, eyni tipli dörd dayaq yarımmüdafiəçisi bir yerdə oynayır. Buna görə də normal şəkildə nə hücuma keçə, nə də müdafiə oluna bilirdik. 

Açığı, bir məqam da diqqətimdən yayınmadı. Futbolçularda həvəs, istək, əzmkarlıq görmədim. Bir sözlə, Malta ilə oyunun bərbad alınmasının səbəbləri heyətin düzgün seçilməməsi, sistemin bizə yad olması və futbolçuların həvəssiz çıxış etməsi idi".  

42 yaşlı veteran futbolçu bugünkü qarşılaşmada yaxşı oyun və yaxşı nəticəyə ümid etmir:

"Latviya ilə oyun da yoldaşlıq görüşüdür. Yəni nəticə etibarilə itirəcəyimiz nəsə yoxdur. Uduzacağımız halda, bir şey itirələcək, o da reytinq xallarıdır. Çalışıb sərbəst, rahat oynamalıdırlar. Futbolçular imkanlarından maksimum istifadə etməlidir. Bununla belə, oyunda dəyişiklik olmasa, nə etsən də, effekt ala bilməyəcəksən. Bu görüşlər Millətlər Liqasına hazırlıq üçündürsə, həm oyunumuzu dəyişməliyik, həm də yanaşmamızı. Açıq deyəcəm, mən milli komandanın içərisində xaos yaşandığını görürəm. Kimin nə ilə məşğul olduğu belə, bilinmir. Latviya ilə oyunda buna şahid olmaq istəməzdim. Daha kompakt, daha təşkilatlanmış komanda görmək istəyirəm. Sözün açığı, bu oyun ümid vermir, amma millidən həmişə yaxşı oyun və yaxşı nəticə gözləmək, ona dəstək olmaq lazımdır". 

Sultanov baş məşqçi Canni De Byazinin heyət seçiminə də toxunub:

"Milliyə oyunçu seçimi birbaşa baş məşqçiyə aid olan məsələdir. Seçimi baş məşqçi etmirsə, onda getsin, başqa işlə məşğul olsun. 

Ola bilər kimsə qıraqda qalıb, indiki heyətə çağırılmayıb. Bu, normaldır. Bir məşqçidən hamı tam razı qala bilməz. Sual odur ki, gələn futbolçu nəyisə dəyişə biləcəkmi? Bəlkə qrupdan çıxaracaq? O səviyyədə futbolçumuz yoxdur. Bir az aşağı, bir az yuxarı - hamısı eyni səviyyədədir. Əslində, bu heyət genişdir. Sadəcə, futbolçulardan düzgün şəkildə və maksimum istifadə etmək lazımdır. Ən azı Maltadan zəif deyilik. Amma oyun və nəticə baxımından onlardan zəif göründük. Futbolçulardan bacardığının maksimumunu tələb etmək lazımdır".

Qeyd edək ki, Latviya ilə görüş Ta Qalidəki Milli stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
18:08

"Dinamo Kiyev"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

17:49

"Arsenal" Bruno Gimarayeşi rənglərinə bağladı

17:10

"Qalatasaray" portuqaliyalı müdafiəçini ala bilər

16:37

"Fənərbağça" "Real"ın hücumçusu ilə anlaşmağa yaxındır

16:08

Koxalski "Qarabağ"dan ayrılmağa və bu kluba keçməyə yaxındır

15:40

"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı

15:03

Messinin atası vəfat etdi

14:55

"Beşiktaş"ın müdafiəçisinə Almaniya və İspaniyadan təkliflər var

14:22

Azərbaycan yığması Estoniyanı yendi

13:46

"Vilyarreal"ın nümayəndələri "Sabahın Ulduzları"nda

13:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:48

Tibo Kurtua başladı

12:17

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

Facebookdan bizi izləməyi unutmayın.
X