Azərbaycanın sərbəst güləş üzrə milli komandasının sabiq üzvü, hazırda MMA-da mübarizə aparan Əli İsayevin "Bellator"da debüt tarixi və rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı idmançı debütünü fevralın 4-də İnqlvudda (ABŞ) "Bellator-290" turnirində edəcək. Onun rəqibi məğlubiyyətsiz amerikalı Stiv Mouri olacaq.
Əli İsayev PFL Qran-Prisinin keçmiş çempionudur. O, 2022-ci ilin oktyabrında Bellator ilə müqavilə imzalayıb.
İsayev peşəkar karyerasında doqquz döyüşdə doqquz qələbə qazanıb.
Qeyd edək ki, Əli İsayev Azərbaycan yığmasının heyətində 2009-cu ildə Avropa çempionu və Dünya Kubokunun qalibi olub.