Qazaxıstanın Almatı şəhərində 11 ölkədən idmançıların iştirakı ilə MMA üzrə "OCTAGON 39" turniri keçirilib.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycan döyüşçüləri də mübarizə aparıb.
Günel Əmirbəyova (77,1 kq) 37-ci saniyədə qazaxıstanlı Antonina Kotlyarovskayaya, 59 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Vəlili isə 3-cü dəqiqədə Alişer Qabdullinə (Qazaxıstan) məğlub olub.