Rusiyalı döyüşçü Denis Civovski haqqında Rusiya Federasiyasının maraqlarına zidd olan məqsədlər üçün silahlı münaqişədə iştirak maddəsi ilə cinayət işi açılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Civovski 2020-ci ildə Rusiyanı tərk edərək Ukraynaya gedib. Bu günlərdə o, Rusiya Könüllülər Korpusunun üzvlərinin yer aldığı fotoşəkildə diqqət çəkib. Həmin təşkilat ekstremist kimi tanınıb və Rusiya Federasiyasında qadağan edilib.
İndi Civovskini 12 ildən 20 ilə qədər həbs gözləyir.
Denis Civovski MMA-da 11 döyüş keçirib və 7 qələbə qazanıb.
Mirağa