"Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
İmzalanma mərasimi oktyabrın 19-da baş tutacaq və "Baku MMA Academy"də təşkil olunacaq. Mərasim saat 12:00-da başlayacaq.
Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.