Orta çəkidə UFC çempionu Driksus dyu Plessi Şon Striklendlə revanş qarşılaşması əvəzinə hələ məğlubiyyəti olmayan çeçen idmançı Hamzat Çimayevlə döyüşmək istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:
"Striklendlə döyüşməyə ona görə razılaşdım ki, bunun fanatlar üçün ideal qarşılaşma olacağını düşündüm. Amma diqqət yetirsəniz, indi onların istədiyi Srtiklendlə döyüş deyil.
Kimlə üz-üzə gəlmək istədiyimi soruşursunuzsa, ən yaxşı döyüşçü ilə qarşılaşmaq niyyətindəyəm. Bu, 100 faiz Hamzatdır. Hamzat fiziki cəhətdən güclü oğlandır. Amma o, hələ mənim kimisi ilə qarşılaşmayıb. Həmişə gücündən çox istifadə etdiyi üçün sona yaxın yorulur. Çimayev mübarizə aparmağı xoşlayır. Onunla döyüşsək, eyni şəkildə cavab verəcəm. Yekunda kimin təslim olmağı, kimin ölməyi seçəcəyi əsasdır".
Xatırladaq ki, Çimayev Əbu-Dabidə (BƏƏ) keçirilən UFC 308 turnirində orta çəkidə sabiq çempion Robert Uittakeri üstələyib. O, 1-ci raundda boğucu fəndlə qalib gəlib.
Nihat