MMA döyüşçü Qlover Teyşeyra koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə "MMA Fighting" məlumat yayıb.
Xəbərə görə, 40 yaşlı braziliyalı idmançının Tyaqo Santos ilə 12 sentyabra planlaşdırılan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, Qlover Teyşeyra karyerası ərzində 31 qələbə qazanıb və 7 dəfə məğlub olub. 36 yaşlı Santosun isə 21 qələbəsi və 7 məğlubiyyəti var.
Fanat.Az