Tanınmış MMA döyüşçüsü Toni Ferqyuson həmkarı Dastin Pouryeni iki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqordan rüşvət almaqda ittiham edib.
Fanat.Az xəbər verir ki, Makqreqorun Pouryenin rəhbərlik etdiyi xeyriyyə fonduna 500 min dollar köçürməyə razılaşması Ferqyusonu hiddətləndirib. O, öz "Twitter" hesabında Konoru "beynəlxalq terrorçu" adlandırıb və tərəfləri belə qınayıb:
"Bu nə alğı-satqıdı? Sən beynəlxalq terrorçudan rüşvət almısan, oğlan! Döyüş haqda danışılanlar oyundu. Pulu götürməyinlə fəxr etdiyini söyləməyin saxtakarlıqdı".
Fanat.Az