Rusiyalı MMA döyüşçüsü Məhəmməd İsmayılov Moskvada skinxedlərlə əlbəyaxa olmasından danışıb.
Fanat.Az xəbər verir ki, Vasili Konovun YouTube kanalında qonaq olan idmançı belə deyib:
"Moskvada döyüşlərdən, şərəf hissindən, əsl kişilikdən danışırdıq. Küçədə durmuşduq, orda çeçənlərlə dağıstanlılar bir araya gəlmişdi. Qəfil kiminsə qaça-qaça getdiyini gördüm. "Skinxedlər" qışqıraraq uzaqlaşdı. Birdən 5 keçəl, ayaqlarına ənənəvi çəkmələr geyinmiş adamın bizə tərəf qaçdığını sezdim. Gülümədim, bu sayda adamın üstünə niyə qaçdıqlarını anlamadım. Geri baxanda heç kimin olmadığını görüb vəziyyətin pis olduğunu başa düşdüm. Hamısı üstümə cumdu. Bu sayda adamdan hansını vurasan? Toparlandım, birini götürüb kənara tulladım. Vurduqları zərbələr elə də təsirli deyildi. Əslində mən də borclu qalmamışdım. Belə desəm, pis dalaşmadım. Yaxşı ki, sonradan uşaqlar köməyə gəldi. Amma onlar gələnə qədər hamısını döymüşdüm. Təbii ki, qaçdılar".
Fanat.Az