UFC prezidenti Dana Uayt Konor Makqreqor və Dastin Pourye arasında baş tutacaq döyüşün tarixini və məkanını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN Uaytın söylədiklərini belə çatdırıb:
"Hər şey planauyğun şəkildə getsə, Makreqor - Pourye döyüşü yanvarın 23-də "Döyüşçü adası"nda keçiriləcək. Hər şey yaxın iki ayda dünyanın nə vəziyyətdə olacağından asılıdır".
Xatırladaq ki, iki çəki dərəcəsində sabiq UFC çempionu Makreqor son dəfə bu ilin yanvarında oktaqona çıxıb. İrland idmançı həmin dueldə Donald Serroneni nokauta salıb. Pourye isə bu ilin iyununda çətin qarşılaşmada Den Hukerin öhdəsindən gəlib.
Fanat.Az