Tanınmış MMA döyüşçüsü Sercio da Silva 34 yaşında həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, "Sherdog"un yaydığı informasiya idmançının yaxınları tərəfindən təsdiqlənib.
Dekabrın 19-da dünyasını dəyişən Sercionun hansı səbəbdən öldüyü şəxsi həyatına və ailəsinə hörmət əlaməti olaraq açıqlanmır.
Qeyd edək ki, da Silva 2017-ci ilin avqustunda Nyu-Yorkda bankı qarət etdiyinə görə məhkəmə qarşısına çıxmışdı. O, son döyüşünü 2018-ci ilin mayında Nyu-Yorkda təşkil edilən CES MMA turnirində keçirmişdi.
Fanat.Az