MMA döyüşçüsü Castin Tornton nokautdan sonra dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.
Xəbərə görə, 39 yaşlı idmançı avqustun 21-də ABŞ-da keçirilən turnirdə Tornton Dillon Kleklerlə qarşılaşıb. Görüşün 18-ci saniyəsində Tronton aldığı güclü zərbədən nokauta düşüb.
Xəstəxanaya yerləşdirilən Tornton qismən iflic olub və onurğa zədəsi nəticəsində infeksiyaya yoluxub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin döyüşdən olan videogörüntünü təqdim edirik: