Yüngül çəkidə UFC çempionu Çarlz Oliveyra iki çəki dərəcəsində sözügedən liqanın sabiq çempionu Konor Makqreqorla gələn il, mayın 7-də keçiriləcəyi gözlənilən UFC 274 turnirində döyüşmək istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Sherdog" Oliveyranın söylədiklərini belə çatdırıb:
"May bu qarşılaşmanın reallaşması üçün ideal zamandır. Konor məni şəxsən döyüşə çağırıb. Oktaqonda ikinci dəfə İrlandiya-Braziliya görüşünün gerçəkləşməsini istəyir. Bunu yalnız o yox, bütün dünya gözləyir. Nə deyirəm, onu maya qədər gözləməyə hazıram. Onunla yalnız yüngül deyil, orta ağır çəkidə də qarşılaşmağa hazıram. Bu, titul döyüşü olmasa belə... Hansı variantı istəyirsə, seçsin".
Qeyd edək ki, Makqreqor hazırda yarışlara qatılmır. İyunun 11-də keçirilən UFC 264 turnirində - Dastin Puarye ilə qarşılaşmanın ilk raundunda ayağı sınan irlandiyalı idmançı zədəsini sağaltmaqla məşğuldur.
Nihat