Sabah ABŞ-ın Las-Veqas şəhərində UFC-nin növbəti döyüş gecəsi təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, amerikalı Çarlz Rosa həmyerlisi Trenton Cozef Braunla üz-üzə gələcək.
Rosanın şəxsi güləş məşqçisi azərbaycanlı mütəxəssis Orxan Paşayevdir. Paşayev əvvəllər yunan-Roma güləşi ilə məşğul olub və 2010-cu ildə tələbələr arasında dünya çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, 35 yaşlı Rosa üçün bu, 21-ci döyüş olacaq. Bundan əvvəl o, 14 dəfə qalib gəlib, 6 görüşdə uduzub.
Sahib