Keçmiş MMA çempionu Keyn Velaskes adam öldürməyə cəhddə ittiham olunub.
Fanat.Az xəbər verir ki, Velaskes Kaliforniyanın Morgan Hill şəhərində bir nəfərin yaralandığı atışmada iştirak edib.
Amerika mətbuatının yazdığına görə, Velaskes ailə üzvlərindən birini təhqir etdiyi iddia edilən Harri Qularteni güllələyib.
Qularte 14 yaşına çatmamış uşaqla qarşı zorakılıqda şübhəli bilinir. O, ötən həftəsonu məhkəmə qarşısına çıxarılıb, sonra müdafiə olunmaq üçün sərbəst buraxılıb. Üç gün sonra isə Velaskes ona atəş açıb.
Sosial şəbəkələrdə MMA döyüşçüləri keçmiş həmkarına dəstək veriblər. Hətta Twitter-də "#FreeCain" həştəqi işə salınıb və bir çoxları Velaskesin sərbəst buraxılmasını tələb ediblər. Keyni dəstəkləyənlər arasında Ben Askren, Junior Dos Santos, Həbib Nurməhəmmədov, İsrail Adesanya, Tay Tuyvasa və başqa tanınan digər MMA döyüşçüləri var.
Mirağa