Niderlandın paytaxtı Amsterdam şəhərində MMA idman növü üzrə dünya çempionatı keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan bu yarışda 8 idmançı ilə təmsil olunub.
Təmsilçilərimiz turniri 5 medalla başa vurub. Fətəli Talıbovla (52 kq) Ehtiram Dərişov (62 kq) qızıl, Nail Əzizov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq) və Ömər Mutayev (77 kq) isə bürünc medala layiq görülüblər.