Azərbaycanlı idmançı Tofiq Musayevin "Bellator 279" turniri çərçivəsində bu ay keçirməli olduğu döyüş təxirə salınıb.
Fanat.Az "MMA Azərbaycan"a istinadən xəbər verir ki, Tofiq aprelin 24-də ABŞ döyüşçüsü Zak Zeynlə üz-üzə gəlməli idi.
Havay adalarında baş tutmalı olan qarşılaşmanın ləğv olunmasının səbəbi barədə məlumat yoxdur.
Xatırladaq ki, Musyaev bu ilin yanvarında "Bellaor"la 4 döyüşlük müqavilə bağlayıb.