Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, döyüş Abbasovun qələbəsi yekunlaşıb. İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.
Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.