Məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor sosial şəbəkədə yeni paylaşım edib.
Fanat.Az xəbər verir ki, iki çəki dərəcəsində sabiq UFC çempionu belə yazıb:
"Hamısı cəhənnəm olsunlar. Ən yaxşı özüməm!"
Konorun bu sözləri kimə ünvanladığı dəqiq bilinməsə də, onun həmişə olduğu kimi, həmkarlarına meydan oxuduğu güman edilir.
Qeyd edək ki, sözügedən idmançı son döyüşünü 2021-ci ilin iyulunda keçirib. UFC 264 turniri çərçivəsində Dastin Puaryeyə qarşı mübarizə aparan irland görüşün ilk raundunda ayağını sındıraraq məğlub olub.
Nihat