İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor məşqlərə başlayıb.
Fanat.Az "TheMAClife" irlandiyalı döyüşçünün məşqçisi Con Kavananın bu barədə söylədiklərini belə çatdırıb:
"Konor artıq özünü əla hiss edir. O məşqlərə başlayıb və tam gücü ilə çalışır. Makqreqorun uzun fasilədən sonra ilk dəfə zala girməsi ab-havanı dəyişdi. Həmin vaxt zalda həm peşəkar idmançılar, həm də özü üçün məşq edən adi vətəndaşlar var idi. Onlar Konoru xüsusi həvəslə izləyirdilər".
Qeyd edək ki, Makqreqor son döyüşünü ötən ilin iyulunda UFC 264 turniri çərçivəsində Dastin Puaryeyə qarşı keçirib. İlk raundda irland idmançının ayağı sındığı üçün Puarye texniki nokautla qalib gəlib.
Nihat