Yüngül çəkidə (70 kiloqrama qədər) sabiq UFC çempionu Həbib Nurməhəmmədov həmyerlisi İslam Maxaçev və braziliyalı Çarlz Oliveyra arasında keçiriləcək titul döyüşü haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, dağıstanlı idmançı Əbu-Dabidə baş tutacaq UFC 280 turnirinin əsas qarşılaşması barədə sosial şəbəkə hesablarında yazıb:
"Bu döyüşü gözləmək xüsusi duyğulara meydan verir. İslam hazırda UFC liqasının ən yaxşı döyüşçüsü ilə üz-üzə gələcək. Oliveyra 2022-ci ilin ən güclüsüdür. Braziliyalı ardıcıl 12 görüşü qələbə ilə başa vurub. Bu qarşılaşma bütün suallara aydınlıq gətirəcək. Biri tarixi oxuyursa, digəri yazır! Oliveyranı yenməyə köklənmişik, bəhanələrinizi hazırlayın".
Nihat