Azərbaycanın məşhur MMA döyüşçüsü “AMC Fight Night”ın 5 qat çempionu Nəriman Abbasov (28-3) Las-Veqasa yollanıb.
Fanat.Az xəbər verir ki, N.Abbasov sentyabrın 6-da (Mütləq Döyüş Çempionatı) UFC prezidenti Dana Vaytın “Dana White Contender Series” turnirində döyüşəcək.
Onun rəqibi 11 qələbə seriyasını davam etdirən LFA çempionu braziliyalı İsmael Bonfim (17-3) olacaq.