Bu gecə Solt-Leyk-Sitidə (ABŞ) UFC 278 turniri çərçivəsində titul döyüşü keçirilib.
Fanat.Az xəbər verir ki, yarım orta çəkidə UFC çempionu - 35 yaşlı amerikalı Kamaru Usmanla 31 yaşlı britaniyalı idmançı Leon Edvards üz-üzə gəlib.
5-ci raundun son dəqiqəsində Usmanı nokauta salan Edvards yarım orta çəkidə çempion tituluna yiyələnib.
Xatırladaq ki, bu, revanş döyüşü olub. Tərəflərin 2015-ci ildə baş tutan ilk döyüşündə hakimlərin yekdil qərarına əsasən, Kamaru qələbə qazanmışdı.
Nihat