Azərbaycanlı MMA döyüşçüsü Xəzər Rüstəmov (66 kq) "UAE Warriors"da debüt döyüşündə məğlub olub.
Fanat.Az xəbər verir ki, idmançı Əbu-Dabidə keçirilən "UAE Warriors 34" turniri çərçivəsində özbəkistanlı İlhom Nozimovla qarşılaşıb.
Rəqib ilk raundun bitməsinə 30 saniyə qalmış boğma fəndi ilə Rüstəmovu təslim olmağa məcbur edib.
Beləliklə, karyerasında altı qələbəsi olan 27 yaşlı X.Rüstəmov dördüncü məğlubiyyətlə üzləşib.