Bu il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan para-atletika üzrə dünya çempionatı ləğv edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi (IPC) məlumat yayıb.
Qərar koronavirusun yayılma təhlükəsi nəzərə alınaraq qəbul olunub.
Dünya çempionatının Təşkilat Komitəsi və IPC mundialın 2024-cü ildə təşkilini nəzərdən keçirir.
Qeyd edək ki, dünya çempionatının bu il avqustun 26-dan sentyabrın 4-dək keçirilməsi nəzərdə tutulmuşdu.
Sahib