13:29 09.03.2021 2549

"Gənclər arasında intiharın qarşısını almaq olar..." - Qazi baş məşqçi

Azərbaycanın əlil arabasında qılıncoynatma milli komandasının baş məşqçisi Asəf Məlikov son zamanlar ölkəmizdə gənclərin və qazilərin intihar etməsi məsələsindən narahatlığını dilə gətirib.

I Qarabağ müharibəsi veteranı, keçmiş zabit, FENCİNG idman klubunun prezidenti və baş məşqçi olan Asəf Məlikov hadisələrə münasibətini İnstagram hesabı üzərindən paylaşıb. Onun günümüzün həssas mövzusununu aktuallaşdırması diqqətimizdən yayınmadı və Asəf müəllimlə danışmaq qərarına gəldik. 

Fikirlərini Fanat.az-la bölüşən mütəxəssis bu durumun səbəbini və bu vəziyyətdən çıxış yolunu nədə gördüyünü belə izah etdi: 
 
"Qazilərimizin, gənclərimizin intihar etməsi mənə çox pis təsir edir. Bu problemin əsas səbəbi idman zallarının bağlı olmasıdır. Hər bir dövrün öz yaxşıları da, pisləri də var. SSRİ dövründə uşaqların oktyabryat, pioner, gənclərin komsomol təşkilatları vardı. Bu təşkilatlar uşaqları birləşdirirdi, onları hansısa dərnəklərə, idman növlərinə cəlb edirdilər. Sonradan dağıdıldı, yoxa çıxdı... Dağıtmaq asandır, amma alternativ qoymaq lazımdır. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə gəncləri birləşdirmək üçün idmana dəstəyini göstərdi. 1996-cı ildə hazırki prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti təyin olundu və ilk cıxışında dedi ki, bu günə kimi gənclərə, idmana olan dəstək aşağı səviyyədə olub, bununla nəticə olmaz. Söhbət medallardan getmir, söhbət gənclərin bir yerdə olmasından, onları birləşdirməkdən gedir. Biz bu gün gəncləri hər hansı bir maraq ətrafında birləşdirə biləriksə, onda demək olar ki, onları hansısa pis vərdişlərdən, və ya özünəqapanmadan, intihara meyillilikdən qurtara bilərik. Amma bu gün idman zalları bağlı, idman məktəbləri bağlı, gənclər hamısı telefonda... Telefonda min dənə proqram var. Uşaqlara nə qədər danışırsan danış, dərk etmir. Yarım saat psixoloq yanında oturmaqla nə dəyişəcək?! Amma iki saat məşq edəndə uşağa hansısa idman növü aşılanır, kollektivdə necə davranmaq lazım olduğunu öyrənir və sair. Öyrədilmir, özü öyrənir. Praktiki olaraq götürdüyü üçün bu daha yaxşıdır. Amma əfsuslar olsun ki, məşqlər keçirməyə icazə verilmir. Bu hal gəncləri daha da özünə qapandırır. Pessimizm isə bundan yaranır”.


 
Asəf Məlikov Vətən müharibəsi qazilərinə təmənnasız yardım göstərməyə hazır olduqlarını, lakin pandemiya səbəbindən onlar haqqında məlumat ala bilmədiklərini vurğulayıb: 

"Həm klub, həm də federasiyadan Milli Paralimpiya Komitəsinə müraciət etdik və bizə bildirdilər ki, bu sahədə iş gedir. Çünki biz bu komitəyə bağlıyıq, bizə idmançılar onların vasitəsi ilə gəlir. Bu gün bildiyiniz kimi, bərpa mərkəzləri bağlıdır, ona görə də qazilərimiz haqqında bizdə məlumat yoxdur. Amma biz onları idmana cəlb etməyi çox istəyirik. Çünki bu gün onlara təmənnasız dəstək göstərmək imkanımız var. Ancaq təəssüf ki, bizdə onlarla bağlı məlumat yoxdur. Çünki zallar açıq olsa, fəaliyyətə keçib Sosial Müdafiə fondlarına müraciət edərdik. Bu gün Əhalinin Sosial Müdafiə Nazirliyi var, Paralimpiya Komitəsi var, müəyyən dəstək o tərəfdən alınmalıdır. Ancaq pandemiya ilə əlaqədar hər yer bağlıdır. Ona görə də, həmin o idmançılardan bir növ qopmuş sayılırıq. Muzeyin açılmasına icazə verilir. Orda insanlarla iki metr məsafədə dayanmalısan. İdman zallarında onsuz da belədir. Qılıncoynatma elə iki metr məsafədən yerinə yetirilən idman növüdür. Hansı səbəbdən bizə icazə verilmir, onu dərk edə bilmirəm”.
 
Millimizin baş məşqçisi gəncləri yanlış qərarlardan çəkindirib, idmana səsləməyi də unutmadı: 

”Pessimizmə qapılmaq lazım deyil. Həyata həmişə optimist nəzərlərlə baxın. Həyatına son qoyan gənclər fikirləşirlər ki, hansısa problemdən qaçırlar, amma bu yanlışdır. Çünki o, ilk növbədə öz valideynini, öz xalqını, dövlətini, torpağını düşünməlidir. Sabah bu Azərbaycanı Azərbaycanın gəncliyi xilas edə bilər. Düşmənlərimiz heç də bitməyib, onlar var və yəqin ki, hər zaman da olacaq. Biz nə qədər də xoşməramlı olsaq da, düşmənlərimizin xoşməramlı olacağına zəmənətimiz yoxdur. Bu səbəbdən də dəyər idmandır, dəyər birləşmiş ümumi maraqdır. Və ümumi maraq nə qədər sağlam, nə qədər pozitiv olsa, o insanlarda da gələcəyə inam olacaq”.
 
Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" inamlı qələbəyə sevindi

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X