Qılıncoynadanımız Anna Başta Tokio 2020-də mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, sablya növü üzrə çıxış edən 25 yaşlı Başta, 1/16 finalda Anna-Elizabet Stonla (ABŞ) qarşılaşıb.
Dünya çempionu üzərində 15:9 hesablı qələbə qazanan idmançımız, növbəti mərhələdə rusiyalı Olqa Nikita ilə üz-üzə gəlib. Görüş rəqibin 15:13 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, millimizin üzvü üçün Tokio 2020 medalsız başa çatıb.
Qeyd edək ki, Azərbaycan qılıncoynatma yarışlarında yalnız Başta ilə təmsil olunurdu.
Sahib