Azərbaycan Basketbol Liqasının bölgədə daha bir oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində 8-ci turun daha bir oyunu keçirilib. "Zirvə Astara" komandası doğma azarkeşlər önündə paytaxt klubu "Sabah" basketbolçuları ilə üz-üzə gəlib.
İki əlavə vaxta gedən oyunun yekununda "Sabah" komandası 97:88 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Rashard Kruikşenk (25 xal, 5 asist), "Sabah"dan isə Entoni Patti (28 xal, 15 ribaund) olublar.
Qeyd edək ki, turun bağlanış oyunu 4 dekabr saat 15:00 -da "Olimpik Şəki" və "Gəncə" komandaları arasında keçiriləcək.