Azərbaycan şahmatçısı Azər Mirzəyev Kolumbiyada keçirilən beynəlxalq turnirdə iştirak edir.
Fanat.Az xəbər verir ki, 44 yaşlı qrossmeyster altıncı turda Delqado Ramireslə (Paraqvay) heç-heçə edib.
Hazırda 4 xalı olan Mirzəyev Vilarqo Enrikesdən (Çili) yarım xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Yarışda 9 ölkədən ümumilikdə 26 şahmatçı çıxış edir.