Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyanın Sitjes şəhərində keçirilən beynəlxalq turnirdə dördüncü yerdədir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster 5-ci turda Məhəmmədəli Abduraxmonov (Özbəkistan) üzərində qələbə qazanaraq xalını 4,5-ə çatdırıb.
Yarım xal az toplayan Vasif Durarbəyli və Ülviyyə Fətəliyeva isə müvafiq olaraq, 15 və 25-ci pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 10 turdan ibarətdir.