İspaniyanın Sitjes bölgəsində Azərbaycan təmsilçilərinin iştirakı ilə şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, VII turda Vasif Durarbəyli ev sahibi ölkənin təmsilçisi Daniel Qarsiya üzərində qələbə qazanıb. Beləliklə, o, xalını 5,5-ə çatdıraraq turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Eltac Səfərli özbəkistanlı Abdimalik Abdisalimovla heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva isə hindistanlı Başkaran Adhibana uduzub.
Beş xalı olan Səfərli 17-ci, ondan yarım xal geri qalan Fətəliyeva 57-ci sırada yer alıb.
Lider 7 xala malik rusiyalı Kirill Alekseyenkodur.
Qeyd edək ki, turnirdə 150 şahmatçı mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə 10 turdan ibarətdir.