12:16 21.12.2022 205

İlin şahmat yekunlarına həsr olunan tədbir keçirildi

Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak edib. 

Görüşdə əvvəlcə 2022-ci ildə əldə olunan uğurlardan danışılıb. Çıxış edən federasiya rəhbəri Mahir Məmmədov şahmatçıların qazandığı nailiyyətləri yüksək qiymətləndirib: “İlin əvvəlində Azərbaycan çempionatı keçirildi. Federasiya turnirin mükafat fondunu artırmaqla bütün şahmatçıların yarışda iştirakını təmin etməyə çalışdı. Azərbaycan çempionatı bu il daha gərgin və maraqlı anlarla yadda qaldı. Yekunda Məhəmməd Muradlı və Gövhər Beydullayeva çempionluq sevinci yaşadı. 

2022-ci ildə şahmatçılar bir sıra mötəbər beynəlxalq yarışlarda layiqli nəticələr əldə etdi. İlk növbədə 20 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatını qeyd etməliyəm. Mötəbər yarışda hər iki kateqoriya üzrə qızıl medalları azərbaycanlı şahmatçılar qazandı. Abdulla Qədimbəyli və Gövhər Beydullayeva gənclər arasında dünya çempionu tituluna sahib çıxmaqla adını tarixə yazdı. 

Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında mükafatçılar sırasında yer aldı. Günay gümüş, Ülviyyə bürünc medala layiq görülməklə ilkə imza atdı. Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatında iki təmsilçimiz medalçı oldu. 12 yaşlı oğlanların yarışında Xaqan Əhməd ikinci, 10 yaşlı qızların yarışında isə Leyla Mirzəliyeva üçüncü yeri tutdu. Rumıniyanın Mamaya şəhərində dünya birinciliyində bir medalımız oldu. 18 yaşlı qızların yarışında Ayan Allahverdiyeva gümüş medal əldə etdi.  
Doğma Şuşada ilk dəfə şahmat üzrə beynəlxalq şahmat turniri baş tutdu. Kişilərin yarışında Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov qələbə qazanaraq ilk turnirin qalibi oldu. 


Naxçıvan 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə qəbul etdi. Azərbaycan yığması mötəbər yarışda fəxri kürsünün üçüncü pilləsində yer aldı.
Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan yarış Azərbaycan komandasının qələbəsi ilə başa çatdı”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov milli komandaların Hindistdanda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasındakı çıxışından razı qalmadığını bildirib: “Kişi şahmatçılardan ibarət milli komandamız olimpiadada yüksək nəticə əldə etmədi. Biz komandanın çıxışından razı qalmadıq. Olimpiadadakı mübarizədən nəticə çıxaracaqlarına ümid edirik. Hindistandakı yarışın yekun nəticəsi təhlil olunmalıdı. Qadın şahmatçılarımıza gəlincə olimpiadada daha əzmkar mübarizə göstərdilər. Təəssüf yekunda istədiyimiz nəticə olmadı. Avropa Kuboku yarışlarında da təmsilçilərimiz ümidləri doğrultmadı”.

İclasda qeyd olunub ki, AŞF ölkə çempionatında bütün şahmatçıların iştirak etməsini arzulayır. Federasiya rəhbəri hər il Azərbaycan çempionatında mükafat fondunu artırmaqla güclü rəqabət yaratmağa səy göstərir.

 AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov növbəti illərdə bütün şahmatçıların ölkə çempionatına qatılacağına ümid etdiyini söyləyib.

İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov isə 2022-ci ilin nəticələrini belə dəyərləndirib: “2022 AŞF üçün yeni rəhbərlik və heyətlə ilk il oldu. Bu il federasiyanın büdcəsi artırıldı, tam şəffaflıq təmin olundu. Gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıldı. Ona görə 2022-ci ili kifayət qədər vacib dövr adlandırmaq olar. Bütün şahmatçılara növbəti yarışlarda uğurlar arzulayıram”.

Tədbirin sonunda rapid və blits üzrə Azərbaycan çempionatının qaliblərinə medal və diplomlar təqdim olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 May 2024
01:55

Ranyeri karyerasını bitirdi

01:15

"Çelsi" Poçettino ilə vidalaşdı - RƏSMİ

21 May 2024
22:49

"Revanş hissi ilə alışıb-yanırdım" - Xasay Həsənli

21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X