Bu gün Bakıda görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan rapid və blits turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, on şahmatçının iştirakı ilə keçirilən turnirdə blits üzrə daha 9 turun görüşləri keçiriləcək.
Qeyd edək ki, rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına əsasən, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Rixard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ şahmatçısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.