Azərbaycan şahmatçıları Sitjesdə (İspaniya) keçirilən turnirdə çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, sonuncu - 10-cu turda Azərbaycan şahmatçılarından Vasif Durarbəyli ermənistanlı Manuel Petrosyanla (Ermənistan) heç-heçə edərək xalını 7,5-ə çatdırıb və yekun sıralamada 6-cı yeri tutub.
Ondan bir xal yarım geri qalan Ülviyyə Fətəliyeva yarışı 80-ci yerdə başa vurub. Eltac Səfərli (5,5) isə 92-ci olub.
Birinci yeri 8,5 xalla Kirill Alekseyenko (FIDE) tutub.