22:56 23.12.2022 216

Həşimovun xatirə turnirinin qalibi məlum oldu

Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu yarış günündə blits növündə 9 tur keçirilib.

Rapid və blits yarışlarının yekununa əsasən, 25.5 xal toplayan özbəkistanlı Nodirbek Abdusattorov qalib olub. Rauf Məmmədov və Şəhriyar Məmmədyarov hərəyə 20.5 xalla 2-3-cü yerləri tutublar.

Abdulla Qədimbəyli (12 xal) 9-cu, Aydın Süleymanlı isə (11 xal) sonuncu - 10-cu olublar.

Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca səkkizinci superturnirin təntənəli bağlanış mərasimi olub. Turnirin direktoru Anar Allahverdiyev yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını bildirib. Təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığını bildirən Allahverdiyev Vüqar Həşimovun ədalətlilik prinsipinə sadiq olduğunu və rəqibə hörmətlə yanaşdığını vurğulayıb: "Vüqar Həşimov Memorialı-2022” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm”.

Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran direktor deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir”.

Sonra memorialdan bəhs edən videoçarx nümayiş olunub. Ardınca turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın nəticələrini açıqlayıb. Sonda Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov kuboku Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib. Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin ənənə halı almasında dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıb. Daha sonra turnir bağlı elan edilib.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) bir dəfə turnirin qalibi olublar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X