Boks Paris-2024 Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi hazırda bu variantı nəzərdən keçirir.
Buna səbəb qurumun Beynəlxalq Boks Assosiasiyasının (IBA) işindən narazı qalmasıdır. BOK təşkilatın idarəetməsinin tələblərə cavab vermədiyini qeyd edib.
Qeyd edək ki, boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Olimpiadanın da proqramına daxil edilməyib.