Bu gün Qazaxıstanın Almatı şəhərində təşkil olunan rapid və blits üzrə dünya çempionatında rapid üzrə qaliblər müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, kişilərin yarışında X, XI, Xll və XIII turun görüşləri, qadınların mübarizəsində IX, X və XI turun qarşılaşmaları oynanılacaq.
Turnirdə Azərbaycanı kişilərdən Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edirlər.
Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov 23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4,5 xalla 87-ci, Qədimbəyli eyni xalla 100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3,5 xalla 131-ci sıradadır.
Qadınlardan aktivində 5 xal olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva 4,5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci, Beydullayeva 52-cidir.
Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 şahmatçı (155 kişi, 103 qadın) mübarizə aparır.