19:39 28.12.2022 199

DÇ-də rapid üzrə qaliblər bəlli oldu - Şahmatçılarımız ilk “10-luq”dan kənarda

Qazaxıstanın Almatı şəhərində şahmatçılar arasında rapid üzrə dünya çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, kişilərin yarışında 10, 11, 12 və 13-cü turun görüşləri, qadınların mübarizəsində 9, 10 və 11-ci turun qarşılaşmaları keçirilib.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil ediblər.

Kişilərin yarışında günün ən yaxşı göstəricisinə Durarbəyli, Muradlı və Əsədli imza atıblar. Hər üç qrossmeyster 3 qələbə, 1 heç-heçə ilə xal ehtiyatını artırıb. Süleymanlı, Qədimbəyli və Məmmədov 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Məmmədyarov isə 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə diqqət çəkiblər. Məmmədyarov və Əsədli bir qələbəni Ermənistan təmsilçisi üzərində qazanıb.

Azərbaycan şahmatçılarından turnir cədvəlində ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb. O, 8.5 xalla 12-ci yeri tutub. Yarışı 8 xalla tamamlayan Məmmədyarov 29-cu, Əsədli 33-cü, 7.5 xala malik Süleymanlı 47-ci, Durarbəyli 50-ci, 7 xal toplayan Muradlı 78-ci, Qədimbəyli isə 82-ci yerdə bitirib. Norveçli Maqnus Karlsen 10 xalla birinci yerə layiq görülüb.

Qadınların mübarizəsində Məmmədzadə və Hacıyeva 2 qələbə, 1 məğlubiyyət, Beydullayeva 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Məmmədova 1 qələbə, 2 heç-heçə, Fətəliyeva ilə Balacayeva isə 1 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.

Qadınlardan aktivində 7 xal olan Məmmədova 16-cı, 6 xala malik Məmmədzadə, Balacayeva və Hacıyeva müvafiq olaraq 33, 34 və 37-ci, Fətəliyeva 5.5 xalla 45-ci, eyni xala malik Beydullayeva isə 51-ci yeri tutub. Çinli Tan Çjunyi 8.5 xalla yarışın qalibi olub.

Dekabrın 29-da blits üzrə dünya çempionatına start veriləcək. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Aprel 2024
13:39

"Onlar "Arsenal"a qarşı möhtəşəm oynadılar" - Ançelotti 

13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

11:51

"Bayern"ə "Mançester Siti" qədər hörmət edirik" - Valverde

11:33

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdi

11:24

"Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər" - Bukayo Saka

11:07

"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatdı

10:48

PSJ Raşfordla bağlı qərarını verdi

10:29

"Real" Arissabalaqanın yerinə türk qapıçı alır - SON DURUM

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı

09:25

ÇL: Yarımfinal Almaniyada start götürür - YENİLƏNİR

09:00

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

08:30

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

01:25

"Barselona"dan inamlı qələbə

00:57

A Seriyasında tura darmadağınla yekun vuruldu

29 Aprel 2024
23:58

"Uembli"yə yollanmaq istəyirik, inamımız çoxdur" - Tuxel "Real"ı necə yenmək istədiklərini dedi

23:50

"Antalyaspor" darmadağına məruz qaldı

23:03

"Bayern" - "Real" matçının hakimləri bilindi

22:11

Rəşad Sadıqov "Araz-Naxçıvan"a məğlubiyyəti şərh etdi

21:50

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

21:15

"Liverpul"un qapıçısı komandanı Kloppla birlikdə tərk edəcək

20:55

MPL: "Zirə" "Araz-Naxçıvan"a uduzdu

19:31

"Barselona" baş məşqçisini itirə bilər

18:44

Məşhur klub ilk dəfə avrokuboklara vəsiqə qazandı

17:51

Ozan Can Kökçü bu tur nə etdi?

17:32

"İstəyərdik ki, "Arsenal" qalan oyunlarının birində məğlub olsun" - Pep Qvardiola

17:13

"Fanatlarımıza təşəkkür edirəm ki, gəldilər"

16:55

Fətəliyeva Avropa çempionu oldu - Bu, tarixi ilkdir

16:37

"İndi Avropa Liqasında uğur qazanmaq əsas hədəfimizdir" - Can Pyero Qasperini

16:18

"Titul barədə çox düşünsən, dəli olarsan" - Erlinq Holand

15:59

Tyaqo Silvadan duyğusal vida

15:40

"Konyaspor" baş məşqçisi ilə vidalaşdı

15:21

Minifutbol: Yarımfinalçılar müəyyənləşdi

15:02

"Real Madrid" Almaniya çempionunu hədəfə aldı - Peres şəxsən istəyir

14:43

"Əlbəttə ki, "Barselona"..." - Kimmix "Bayern"dən gedir?

14:25

Ukrayna millisinin sabiq çalışdırıcısı dünyasını dəyişdi

14:06

"Şəki" 2 basketbolçusunu yola saldı

Facebookdan bizi izləməyi unutmayın.
X