Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada daha bir turnirdə mübarizəyə başlayır.
Famat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster bu gün start götürəcək “Staufer-Open” turnirində çıxış edəcək.
Yarışda ümumilikdə 201 şahmatçı iştirak edəcək. Onlardan doqquzu qrossmeysterdir.