16:40 30.03.2023 914

Son dövrə nə vəd edir? - "Qarabağ" mayı gözləməyəcək

Milli komandaların seçmə oyunlarına görə yaranan fasilə başa çatır. Diqqətlər yenidən yerli çempionatlara yönələcək. Həftəsonu Azərbaycan Premyer Liqasında da növbəti - 28-ci turun matçları keçiriləcək. Beləliklə, sabah sonuncu - 4-cü dövrə start götürəcək, turun qalan oyunları şənbə və bazar günləri baş tutacaq.     

Həlledici mərhələ ərəfəsində şanslar barədə nə demək olar? 

Əslində, turnir cədvəlinə baxanda medalçıların adı böyük ölçüdə bəllidir. Məsələn, "Qarabağ"ın mövsümü qalib başa vuracağını deməklə Amerika kəşf etmərik. Qurban Qurbanovun komandası ən yaxın izləyicisi "Sabah"ı 9 xal qabaqlayır. Düzdür, 9 tur üçün bu fərqi aradan qaldırmaq praktiki cəhətdən mümkündür. Amma bunun üçün "köhlən atlar"ın dövrə ərzində keçirəcəyi görüşlərin yarısında uduzması gərəkir. Halbuki, son çempion 27 turda məğlubiyyətin nə olduğunu bilməyib. Hətta "Qarabağ"ın mövsümü yenilgisiz başa vurmaq şansı çoxdur. 
Ağdamlılar avrokuboklarda mübarizəni dayandırdıqdan sonra bütövlükdə çempionata səfərbər olub və demək olar, daha amansız olub. Düzdür, "Gent"lə cavab oyunundan sonra baş tutan "Neftçi" ilə prinsipial matç 1:1 nəticələndi. Bəllidir ki, avrokuboklardan uzaqlaşdırılması komandaya psixoloji təsir etmiş, əzəli rəqibi ilə qarşılaşmaya psixoloji və fiziki yorğunluq fonunda çıxmışdı. Əvəzində 25, 26 və 27-ci turlar "Qarabağ"ın əsl gücünü bir daha ortaya qoydu. Komanda bu üç oyunda rəqiblərinin - "Qəbələ" (3:1), "Səbail" (3:0) və "Sumqayıt"ın (6:0) qapısından 12 top keçirdi. Sıradakı rəqib, digər komandalardan fərqli olaraq "Qarabağ"a müqavimət göstərə bilməyən "Şamaxı"dır. "Köhlən atlar" çətin ki, "Şamaxı"nın, eləcə də 29-cu turda "Kəpəz"in sürpriz etməsinə imkan versin. Ağdam təmsilçisinin 4-cü dövrədə ilk çətin sınağı 30-cu turda "Sabah"la olacaq. Ümumiyyətlə, Masazırda baş tutacaq həmin matçda çempionluq mübarizəsində intriqaya birdəfəlik son qoyula bilər. Başqa sözlə, "Qarabağ" aprelin 16-da özünü çempion elan edə bilər. Ümumiyyətlə, möcüzə baş verməsə, qızıl medalların sahibi apreldə sahibini tapacaq.

Gümüş və bürünc mükafatları böyük ölçüdə təmin edən "Sabah"la "Neftçi"nin daha yüksək əyarlı medal uğrunda mübarizəsi isə bir qədər çox davam edəcək. "Sabah" "Qəbələ"ni məğlub etsə, "Zirə" - "Neftçi" matçının nəticəsindən asılı olmayaraq mövsümü medalla başa vuracağı dəqiqləşəcək. Belə ki, qələbə nəticədə 4-cü yerlə xal fərqi ən pis halda 25-ə (fərq daha böyük ola bilər) çatacaq və "Zirə"nin (və ya "Qəbələ"nin) qalan 8 oyunda bu fərqi aradan qaldırması mümkünsüz olacaq. 
Həm "Sabah", həm də "Neftçi" "Qarabağ"la duellərinə, həmçinin öz aralarındakı son qarşılaşmaya qədər itkisiz irəliləməyə çalışacaqlar. Qeyd etdiyimiz kimi, Murad Musayevin komandası ağdamlılarla 30-cu turda qarşılaşacaqsa, Laurentsiu Regekampflı "ağ-qaralar" isə əzəli rəqibini 32-ci turda ağırlayacaq. "Neftçi" "Sabah"la 6 xallıq fərqi sona qədər əlçatan səviyyəyə endirə bilsə, tərəflər arasında sonuncu - 36-cı turda baş tutacaq duel həlledici olacaq. Bir sözlə, "bu xamır hələ çox su apara bilər".

Çempionatboyu 4-5-ci yerləri bir-birinə alıb-verən "Zirə" və "Qəbələ"nin mübarizəsi daha gərgin məcrada davam edir. İndiki halda Rəşad Sadıqovun komandası ilk "3-lüy"ün arxasındakı mövqeyini qoruyub saxlamağa və "Neftçi"nin həm çempionatı müküfatçı yerlərdən biri kimi başa vurmasını, həm də kuboku qazanmasını arzulayacaq. Belədə "Neftçi" Konfrans Liqasında kubokun sahibi kimi yarışacaq, 4-cü yeri tutan komandanın da avrokuboklara yolu açılacaq. Əks halda, "qartallar" mövsümü uğursuz başa vuracaq. "Qəbələ"nin isə manevr imkanı genişdir. Elmar Baxşıyevin komandası həm çempionatdan, həm də kubokdan avrokubok şansını saxlayır. Bu mənada tərəflər arasında gələn həftə baş tutacaq duel bir çox suallara aydınlıq gətirəcək. "Zirə"ni 29-cu tur çərçivəsində ağır "Qəbələ" səfəri gözləyir. 

Turnir cədvəlinin "ekvator xəttindən aşağı" - ikinci "5-lik"də məqsəd fərqli olsa da, mübarizə prinsipiallığını qoruyur. Hətta ilk "5-lik"dən fərqli olaraq, "aşağı"da daha tez-tez sürpriz nəticələr, yerdəyişmələr qeydə alınır. Düzdür, "Turan Tovuz" böyük ölçüdə Premyer Liqada yerini qoruyub saxlayacaq. 7-10-cu yerdə qərarlaşan "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" isə bir-birinin əlçatan səviyyəsindədir. 7-ci yerdə olan "Kəpəz"i "zirzəmi"dəki "Səbail"dən cəmi 4 xal ayırır. Autsayderlərin şəxsi oyunlarındakı nəticələr elitadan düşəcək 1 komandanın müqəddəratını müəyyənləşdirəcək. Eyni zamanda liderlər nə qədər çox mükafat və vəsiqə vəzifəsinin öhdəsindən tez gəlsə, autsayderlərin onlardan xal almaq ehtimalı da yaranacaq. Bu yerdə onu da xatırladaq ki, sonuncu pillədə qərarlaşan "Səbail" kubokda mübarizəni davam etdirir. Nə qədər nonsens sayılsa da... Hətta ola bilər ki, Bayıl təmsilçisi əlində kubok yayda avrokuboka, payızda birinci diviziona getsin. Deyilənlər doğru olsa, komandanın növbəti mövsümdən Şirvanı təmsil etməsi də bir ayrı özəllikdir...

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 Oktyabr 2023
12:01

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu oldu

11:42

Di Mariya "İnter"lə matçdan nə gözləyir?

11:25

Mudrikdən öncə daha 6 ukraynalı bunu bacarıb - ADLAR

11:07

De Xea Türkiyə klubuna keçə bilər 

10:52

"Real"ın oyunlarını televizordan izləyə-izləyə böyümüşəm, amma..." - Xviça Kvaratsxeliya

10:35

Kimmix "Kopenhagen"lə matçın asan alınacağını düşünür?

10:13

“Eyndhoven”dən Ozan Canlı qələbə

09:53

Ançelotti Modriçin ardıcıl 2 matçda ehtiyatda qalmasından danışdı

09:33

Benzemalı "Əl İttihad" meydana çıxmaqdan imtina etdi - SƏBƏB

09:05

Ançelotti Modriçi niyə oynatmadığını açıqladı

02:00

Boban Mitev “Sabah”ın tarixi qələbəsini şərh etdi

01:30

“Selta” səfərdən xalsız döndü

01:11

“Çelsi”dən səfərdə inamlı qələbə

00:55

“Fiorentina”dan darmadağın

00:15

Federasiya prezidenti Ağır Atletika Mərkəzi ilə tanış olub

02 Oktyabr 2023
23:59

Turun son matçında qolsuz heç-heçə

23:45

Gənc cüdoçular dünya çempionatına yola düşdülər

23:31

Ağırllıqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

23:15

Millimizin voleybolçusu Rumıniyada gümüş medal qazandı

23:00

Qadın taekvondoçulardan ibarət milli Cənubi Koreyada hazırlıq keçir

22:41

Rüstəm Orucovdan təxribat xarakterli çıxış edən erməni idmançıya cavab

22:22

“Sabah” Niderland klubuna qalib gəldi

22:00

Kütləvi Futbol Həftəsinə yekun vuruldu

21:41

Millimiz ilk oyunundan məğlub ayrıldı

21:21

Şuşa təmsilçisi avrokubok oyunlarına Polşada hazırlaşır

21:00

Azərbaycan yığmasının liderindən Gentdə qızıl medal

20:41

Millimizin üzvü Macarıstan klubu ilə daha bir kubok qazandı

20:21

“Qarabağ”ın rəqibindən tarixi rekord

20:00

“Gəncə”də argentinalı məşqçi

19:39

“Cəlilabad”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi

19:19

“Qəbələ” ilə oyuna psixoloji cəhətdən hazır deyildim”

19:00

“Əsas hədəf qrupda birinci yeri tutmaqdır” - “Sabah”ın kapitanı

18:38

“Zirə”nin əvəzediciləri “Araz-Naxçıvan”a məğlub oldu

18:19

“Baku Sportinq” səfərdə, “Cəbrayıl”la “Şəmkir” evdə qalib gəldi

18:00

"Barselona" vunderkindlə bağlı atdığı addımı rəsmən açıqladı

17:46

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:29

"Rüfət Dadaşov top hücumçudur" - Rəqibin baş məşqçisi

17:11

"Qarabağ"la oyun..." - "Hekken"in futbolçusu qələbə arzulayır

16:54

"Çelsi"nin qış transfer hədəfi bilindi - 200 milyondan çox büdcə ayırdı

16:37

Varan Çempionlar Liqasının qalibi olacaqlarına inanırmı?

Facebookdan bizi izləməyi unutmayın.
X