15:41 03.04.2023 1576

Şap elə bilir şupdadır - "Kəpəz"də

Futbol hər yerdə futboldur. İngiltərədə bu idman növünü 12 nəfərlə oynamırlarsa, Almaniyada bir qapını eyni vaxtda iki qolkiper qorumursa, Uruqvayda "qırmızı" əvəzinə bənövşəyi  vərəqə göstərilmirsə, Mozambikdə qapıların uzunluğu 9 metr deyilsə, Azərbaycandakı da futboldur. Bütün hallarda, bizim özümüzə görə öz futbolumuz var, onların da öz. 

Əlqərəz, yaşıl qazon üzərində hərəyə 11 nəfərlə mübarizə aparmağın yolu bir olsa da, nəinki hər ölkənin, hər klubun belə, özünəməxsus ab-havası, spesifik aurası var. Azərbaycanlıyıqsa, ən sadə məntiqlə, öncə özümüzünkülərin özəlliklərindən xəbərdar olmalı, oğrumuzu, doğrumuzu tanımalıyıq. Məsələn, martın sonlarında keçirdiyi iki rəsmi oyunda 9 qol buraxan yığmanın - ölkə futbolunun aynasının niyə futbolumuzu bütün dünyaya bu dərəcədə eybəcər göstərdiyinin gerçək səbəbləri ilə maraqlanmalıyıq. 

Məqsədim bu yazıda İsveçlə səfər matçında 5 cavabsız qol "yeyəndən" sonra xəcalət çəkmək, üzr istəmək əvəzinə günahı onun-bunun üstünə atan, əla mübarizə aparmaqdan dəm vuran Canni De Byazini və onu seçməmizə calayanları yenidən ağ yuyub qara sərmək deyil. Əlbəttə, beynəlxalq müstəvidə ölkənin idman imicini gülüş obyektinə çevirənləri "qamçılamadan" öncə yuxarıda qeyd etdiyim kimi, daxili xaosu qurdalamaq məsləhətdir. Bir qədər obrazlı desəm, illərlə qaynasa da, içindəkini bişirə bilməyən qazanın qapağını açmaq dəmidir...

Həftəsonu canlı izlədiyim "Kəpəz" - "Səbail" matçının (1:0) ardından məni özəllikləri ilə emosiyalar burulğanına atan Gəncə futbolundan yazmağı özümə növbəti dəfə borc bildim. Örənimiş örüş yerini xatırladan meydandakı palçıq döyüşünü qazanan gəncəlilərin baş məşqçisi Tərlan Əhmədovun son iki ayın maaşını almayan, əksəriyyəti qəpik-quruşa oynayan futbolçulardan qurduğu komanda ilə xal və xallar qazanmasına təəccüblənməmək mümkün deyil. Adam bunu "Qəbələ"nin, "Sumqayıt"ın, "Səbail"in baş məşqçi postunda bacarsaydı, hər şeyə idman prinsipləri prizmasından yanaşar, ortaya tam fərqli mövqe qoyardım. Fəqət məlum şərait fonunda, nəinki gəncəli olmayan Əhmədovu, özləri də bir-birini həzm etməyən yerli futbol veteranlarının əhatəsində baş çıxardana böyük hərflərlə BRAVO düşür. 

Təbii, matça baxmaqla kifayətlənmədim. Fikrimi qətiləşdirmək və bu cümlələri ədaləti tapdalamadan sizlərə çatdırmaq üçün həm gəncəli veteranları, həm kluba yaxın digər mənbələri, həm də vicdanımın səsini dinlədim. Nizami yurdunda ümumi ab-hava baxımından yaxşıya doğru dəyişən mənzərə azarkeşlərin tribunalar toplaşaraq Əhmədovu və komandanı dəstəkləməsidir. Sırf bu faktın arxasından sadə gəncəlilərin futbol sevgisi, ciddi uğur həsrəti boy göstərir. İdarəçilərin, veteranların, kənarda qaldığı halda, klubda işləməli olduğunu düşünən digərlərinin ümumi fikrinə gəlincə, durum olduqca acınacaqlıdır. Hazırda "Kəpəz"də əsas söz sahibinə çevrilmək uğrunda iki yox, azı üç cəbhə bir-biri ilə ixtilafdadır. Həm klubun içində, həm də ətrafında klanlar formalaşıb, hamı kiminsə adamıdır. Elələri də var ki, özü də bilmədən bir yox, iki adamın adamıdır. Ya da heç kimin adamı olmasa belə, onu kiminsə klanından sayırlar. Bir qədər qarışıq söhbətdir, deyilmi? İnanın ki, mən də başımı itirmişəm. Gəncədə oyuna baxandan, özünün balaca adamları olan böyük adamlarla söhbətləşib qayıdandan bəri özümdən də şübhələnirəm. Görəsən, mən kimin adamıyam? 

P.S. "Sumqayıt"ın indiki baş məşqçisi Samir Abasov hələ futbol oynadığı dönəmdə həmkarım Həbib Aslanovdan hansı qəzet olduğunu soruşmuşdu. Lənət şeytana, qəzetdən adam olursa, "Kəpəz"dəki adamlardan həm ADAM, həm də klub ola bilər.

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X